Qətərin paytaxtı Dohadan 80 kilometr qərbdə yerləşən Əl-Xarsah bölgəsində 800 MVt gücündə nəhəng günəş elektrik stansiyası istismara veriləcək.
“Berpaolunanenerji.az” xarici KİV-ə istinadən xəbər verir ki, stansiya ölkənin ilk irimiqyaslı günəş enerjisi layihəsidir.
Layihənin sahibi və idarəçiliyi “TotalEnergies” & Marubeni (40 %) və “Siraj Energy” (60 %) şirkətlərinə məxsus “Siraj 1 SPV” konsorsiumu tərəfindən həyata keçirilir.
Yüksək səmərəli, 2 milyon ədəd ikisəthli (bifacial) günəş panelləri ilə təchiz edilmiş stansiya 10 kvadrat kilometr (təxminən 1 400 futbol meydançasının ərazisi) sahəni əhatə edəcək.
Stansiyada panelləri 4 gündə bir dəfə toz və qumdan təmizləyəcək yarı avtomatlaşdırılmış təmizləmə sistemi də olacaq.
Stansiya ilk ildə 2 milyard kilovatt-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 55 000 evin enerji ilə təmin olunmasına bərabərdir.
Stansiya istismar müddəti ərzində 26 milyon ton karbon emissiyasının qarşısını alacaq.
Hər birinin gücü 400 MVt olmaqla iki mərhələdə inşa olunan stansiya bu ilin ikinci yarısında tam istifadəyə veriləcək.
Rəylər (0):