REN21 özünün "Bərpaolunan 2021 Qlobal Status Hesabatı"nı yayımladı.
"Berpaolunanenerji.az" hesabata əsasən xəbər verir ki, pandemiya dövründə bərpaolunan enerjinin qoyuluş gücü 256 QVt artıb ki, bununda 117 QVt-ı Çinin payına düşüb. Bərpaolunan enerjinin qlobal elektrik enerjisindəki payı rekord həddə çatdı - təxminən 29 %.
2019-cu ildə müasir bioenerji sənaye və kənd təsərrüfatında istifadə olunan istiliyin 9,5 %-ni təmin etdi, bu isə 2009-cu ildən bu yana təxminən 16 %-lik bir artım deməkdir. Bundan başqa, bioenerji binalar üçün lazım olan istiliyin 5 %-ni təmin edib və bu son on ildə 7 %-ə yaxın artım hesab olunur.
Bioyanacaqlar, daha çox etanol və biodizel nəqliyyat enerjisində 3 %-lik paya sahib olub. Ümumiyyətlə elektrik sektorunda bioenerjinin bayı 2020-ci ildə 6 % artaraq 602 milyard kVt/saat-a çatıb. Ən böyük bioenerji istehsalçıları Çin, ABŞ və Braziliyadır.
2019-cu ildə müasir bioenerji qlobal elektrik enerjisi istehsalında 5,1 %-lik paya sahib olub.
Ötən il geotermal enerjisindən elektrik istehsalının həcmi 97 milyard kilovat/saat, geotermal istilik isə 128 milyard kilovat/saat təşkil edib. Təxminən 0,1 QVt artan geotermal enerjinin qoyuluş gücü 2020-ci ildə 14,1 QVt-a çatıb.
Çin, Türkiyə, İslandiya və Yaponiya geotermal enerjidən istifadə edən ümumi ölkələrin 3/4-ü təşkil edir.
Hidroenerjinin qoyuluş gücü 19,4 QVt artaraq 1 170 QVt təşkil edib. Qlobal hidroenerji istehsalı 2020-ci ildə 1,5 % artaraq 4 370 milyard kilovat/saat təşkil edib. Bu da dünyada istifadə olunan elektrikin 16,8 %-i deməkdir. Çin 12,6 QVt yeni güc əlavə edib və bu son 5 ildə ən çox əlavə olunan gücdür.
Okean (dəniz) enerjisi bərpaolunan enerjinin ən kiçik hissəsini təşkil edir. 2020-ci ildə bu enerji növü cəmi 2 MVt artaraq 527 MVt-a çatıb. Okean enerjisi Avropada, xüsusilə Şotlandiyada, Çin, ABŞ və Kanadada inkişaf etdirilir.
Günəş (fotovoltaik) enerjisinin qoyuluş gücü 2020-ci ildə 139 QVt artaraq 760 QVt təşkil edib. Kontensrasiyalı günəş termal enerjisi 6,2 QVt və ya 1,6 % artıb.
Günəş istilik enerjisinin qoyuluş gücü 25,2 qiqavat/termal artaraq 501 qiqavat/termal-a çatıb.
2020-ci ildə qlobal külək enerjisinin qoyuluş gücü isə 93 QVt artaraq 743 QVt-a çatıb.
Pandemiyaya baxmayaraq, ötən il qlobal sərmayələrin həcmi 2 % artıb. Ötən il bərpaolunan enerji sektoruna qoyulan sərmayələrin həcmi (qoyuluş gücü 50 MVt-dan çox olan hidroenerji stansiyaları xaric) 303,5 milyard ABŞ dolları olub.
Energetika sektoruna qoyulan sərmayələrin 69 %-i bərpaolunan enerji mənbələrinə yatırılıb. Mənbələr üzrə nəzər yetirsək 27 % günəş, 24 % külək, 13 % hidroenerji, 5 % isə digər mənbələrin payına düşüb.
RENEWABLES 2021 GLOBAL STATUS REPORT
Rəylər (0):