"Rosatom"un külək stansiyaları 440 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal edib

image

"NovaWind" ASC-nin külək elektrik stansiyalarının ümumi enerji hasilatı 2022-ci ilin II rübündə 440,450 milyon kVt-saat təşkil edib.

"Berpaolunanenerji.az" yerli KİV-ə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2 dəfədən çox artıb.

Bununla 154,5 min ton CO2 ekvivalenti həcmində istixana qazlarının qarşısını alınıb.

Qeyd edək ki, "NovaWind" ASC "Rosatom" Dövlət Korporasiyasının külək enerjisi bölməsidir. Şirkət 2017-ci ilin sentyabrında yaradılıb.

"NovaWind" ASC bu günə kimi 720 MVt külək enerjisi gücünü istismara verib. "Rosatom" 2027-ci ilə qədər ümumi gücü təxminən 1,7 GVt olan külək elektrik stansiyalarını istifadəyə verməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *