"Rosatom"un Stavropol diyarındakı külək elektrik stansiyası şəbəkəyə qoşulub

image

"Rosatom"un (Rusiya Dövlət Nüvə Enerjisi Şirkəti) “NovaWind” ASC tərəfindən Stavropol diyarında tikilən "Kuzminskaya" Külək Elektrik Stansiyası enerji sistemini elektriklə təchiz etməyə başlayıb.

Renewables.az “NovaWind” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, stansiya 160 MVt quraşdırılmış gücə malikdir və 64 külək turbinindən ibarətdir.

"Kuzminskaya külək parkı Rusiyanın cənubundakı səkkizinci, Stavropol diyarında isə altıncı külək stansiyamızdır. Sanksiya təzyiqlərinə baxmayaraq, biz obyektin tikintisini dayandırmamışıq. İlk 100 MVt artıq ölkənin vahid enerji sisteminə daxil olub”, - deyə "NovaWind"in baş direktoru Qriqori Nazarov bildirib.

Külək enerjisi "Rosatom"un əsas qeyri-nüvə sahələrindən biridir. Qeyd edək ki, "NovaWind" ASC "Rosatom" Dövlət Korporasiyasının külək enerjisi bölməsidir. Şirkət 2017-ci ilin sentyabrında yaradılıb.

"NovaWind" ASC bu günə kimi 8800 MVt külək enerjisi gücünü istismara verib. "Rosatom" 2027-ci ilə qədər ümumi gücü təxminən 1,7 QVt olan külək elektrik stansiyalarını istifadəyə verməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *