Niderlandın Şimal Dənizi sahillərində 756 MVt gücündə külək elektrik stansiyası inşa ediləcək.
"Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir ki, stansiya tenderi qazanan "Shell" və "Eneco" tərəfindən qurulacaq.
İnşa ediləcək dəniz külək elektrik stansiyasında 54 turbinin 2026-cı ildə elektrik istehsalına başlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, stansiya sahildən 50 km qərbdə inşa ediləcək və ölkənin elektrik enerjisi ehtiyacının 3 %-ni qarşılayacaq.
Rəylər (0):