2021-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2767,4 mln. kVt-saat olub.
"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə ötən ilin səkkiz ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 120,3 mln. kVt-saat artaraq 966,9 mln. kVt-saat olub.
Su Elektrik Stansiyalarında səkkiz ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 844,4 mln. kVt-saat; Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 111,6 mln. kVt-saat təşkil edib.
Rəylər (0):