Su Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi artıb

image

2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2591,2 mln. kVt/saat, ixracı 289,6 mln. kVt/saat, idxalı 10,5 mln. kVt/saat olub. 

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ildə Su Elektrik Stansiyalarında elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 207,9 mln. kVt/saat artaraq 1277,3 mln. kVt/saat olub.

Su Elektrik Stansiyalarında on iki ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 1133,0 mln. kVt/saat; Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 130,3 mln. kVt/saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *