Su Elektrik Stansiyalarının enerji istehsalı 945 milyon kVt-saat təşkil edib

image

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 17467,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, ondan əmtəəlik elektrik enerjinin həcmi 16936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 945,0 milyon kVt-saatı su elektrik stansiyalarının istehsalı olub.

Qeyd edək ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,3 % çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *