Qoyuluş gücləri 4,8 MVt və 3 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında cari ilin 1 sentyabr tarixinədək 13 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi işğaldan azad edilib. 1 il sonra - 2021-ci ilin 3 oktyabr tarixində isə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Qoyuluş gücləri uyğun olaraq 4,8 MVt və 3 MVt olan stansiyalarda cari ilin 1 sentyabr tarixinədək 13 milyon kVt∙saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):