Türkiyə şirkəti Ukraynada külək elektrik stansiyası inşa edəcək

image

Türkiyənin “Eksim Enerji” şirkəti Ukraynanın Skole bölgəsində 67,2 MVt gücündə Külək Elektrik Stansiyası inşa edəcək.

Bu barədə “Berpaolunanenerji.az” “Enerji Günlüyü”nə istinadən xəbər verir.

Türkiyənin ən böyük külək enerjisi sərmayəçiləri arasında yer alan, 100 faiz bərpaolunan enerji şirkəti “Eksim Enerji” turbinlərlə bağlı “Nordex” ilə anlaşma imzalayıb. Anlaşma həmçinin, 15 illik “Premium Sevice” xidmətini də əhatə edir.

Skole KES-də 14 ədəd N149/4.0-4.5 külək turbinləri inşa ediləcək. Ölkənin soyuq iqlimi nəzərə alınaraq, stansiyada “cold climate version” (soyuq iqlim variantı) turbinlər qurulacaq.

“Eksim Enerji”nin icraçı direktoru Səbahəddin Ər açıqlamasında, külək enerjisi yatırımlarına yenisini əlavə edəcəkləri üçün qürur duyduğunu deyib. Ər, “Skole” layihəsi üzərində bir il yarım işlədiklərini və layihəni uğurla tamamlayacaqlarını bildirib.

“Nordex”in Türkiyə üzrə direktoru Həbib Babacan açıqlamasında, “Nordex”in “Eksim”in ölkə xaricindəki ilk külək layihəsini dəsəkləməsinin sevindirici hal olmasını bildirib. O həmçinin, layihənin “Eksim”in bundan sonra ölkə xaricindəki külək yatırımlarına bir başlanğıc olmasını arzuladığını əlavə edib.

Qeyd edək ki, “Eksim Enerji” 2011-ci ildən külək enerjisinə yatırım edir və 8 fərqli müəssisədə 451 MVt güclə təmiz enerji istehsal edilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *