Türkiyə şirkətləri Şimali Makedoniyada külək elektrik stansiyası inşa edəcək

image

Türkiyənin YEO şirkəti ilə "Kaltun Energy" şirkəti arasında külək enerjisi layihəsinə dair müqavilə imzalanıb.

"Renewables.az" "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, müqaviləyə əsasən, YEO, Şimali Makedoniyada inşa ediləcək 44 MVt gücündə külək elektrik stansiyasının layihələndirmə, mühəndislik, təchizat, quraşdırma, sınaq və istismara verilmə işlərini öz üzərinə götürür.

Layihə 6,5 milyon avro dəyərində qiymətləndirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *