Türkiyədə günəş enerjisi potensiallı yeni bərpa olunan enerji mənbələri əraziləri müəyyən olunub

image

Türkiyədə günəş enerjisi potensiallı yeni bərpa olunan enerji mənbələri əraziləri müəyyən olunub.

Renewables.az-ın məlumatına görə, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin elanında bildirilir.

"Aksaray, Antalya, Muş və Van vilayətlərində 10-20 meqavat arasında gücə malik 45 Bərpa Olunan Enerji Mənbələri Əraziləri (YEKA - Yenilenebilir Enerji Kaynak Alanı) müəyyən edilib. Ümumi gücü 475 meqavat olan sözügedən ərazilərin ölçüsü və yeri haqqında məlumatlar yer alıb",- deyə elanda bildirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *