Türkiyədə külək enerjisində rekord istehsal qeydə alınıb

image

Türkiyədə cari ilin yanvarın 18-i 211,161 meqavat-saat külək enerjisi istehsal edilib.

"Renewables.az"ın məlumatına görə, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bu, külək enerjisi istehsalında rekord göstəricidir. Bundan əvvəl külək enerjisi istehsalında ən yüksək göstəricilər 2022-ci ilin 11 dekabrında 210,155 meqavat-saatla və bu ilin 17 yanvarında 208,973 meqavat-saatla qeydə alınıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *