Türkiyədə külək enerjisinin qoyuluş gücü 10 min meqavata çatıb

image

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, ölkədə külək enerjisinin qoyuluş gücünün 10 min meqavata (avqust ayının sonu etibarilə) çatdığını bildirib.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə nazir özünün tvitter səhifəsində paylaşım edib.

Nazir paylaşımında, Türkiyənin ümumi bərpaolunan enerji gücündə Avropada beşinci, dünyada isə onikinci sırada olduğunu bildirib.

F.Dönmez paylaşımında qeyd edib: “Geotermal enerjidə Avropada birinci, dünyada dördüncü, hidroenerjidə Avropada ikinci, dünyada doqquzuncu yerdəyik. Son illərdə böyük bir mərhələ keçdiyimiz günəş enerjisində, küləkdə və bioenerjidə isə Avropada səkkizinci sıradayıq. 2002-ci ildə sadəcə 19 meqavat olan küək enerjisinin qoyuluş gücündə 526 dəfəlik artım təmin etmişik”.

Paylaşımda külək enerjisinin ölkədə 15 min insanın, 12 milyon evin elektrik enerjisini qarşıladığını və ildə 5,8 milyard kubmetr təbii qaza qənaət edildiyi bildirilib. Həmçinin, külək enerjisinin 12,5 milyon ton karbon emissiyasının qarşısını aldığını qeyd olunub.

Qeyd edək ki, Türkiyədə ilk külək turbini 1998-ci ildə İzmirdə inşa edilib. Hazırda külək enerjisi ümumi gücün 10,2 faizini təşkil edir. İzmir, Balıkesir, Çanakkale, Balıkesir və İstanbul külək enerjisinin qoyuluş gücü ən çox olan şəhərlərdir.

Nazir digər paylaşımında isə hidroenerjinin qoyuluş gücündə Türkiyənin Avropada ikinci sırada olduğunu bildirib.

Türkiyədə hidroenerjinin qoyuluş gücü 31.436 MVt-dır. Ölkədə hazırda 735 su elektrik stansiyası fəaliyyətdədir. Ümumi elektrik enerjisi istehsalında hidroenerjinin payı 20,1 %-dir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *