Türkiyənin günəş enerjisi gücü 8 min meqavatı keçib

image

Türkiyənin günəş enerjisi gücü 8 029 MVt-a çatıb.

“Berpaolunanenerji.az” “Anadolu”ya istinadən xəbər verir ki, ölkədə 2014-cü ildə günəş enerjisi gücü 40 meqavat idisə, 8 ildə təxminən 8 min meqavat yeni güc əlavə olunub.

Günəş elektrik stansiyaları ölkənin 78 əyalətində istismardadır. Günəş enerjisinin qoyuluş gücü Konyada 1 167,50 MVt; Ankarada 415,8 MVt; Şanlıurfada 383,5 MVt; Kayseridə 346,5 MVt; İzmirdə isə 306,9 MVt-dır.

Ölkənin 18 şəhərində güclər 10-50 MVt arası dəyişir, 20 şəhərində isə 10 MVt-dan az günəş enerjisi gücü mövcuddur.

Türkiyənin cəmi 3 əyalətində - Rize, Artvin və Hakkaridə günəş enerjisi gücü mövcud deyil.

Qeyd edək ki, Türkiyədə günəş enerjisinin ümumi elektrik enerjisinin qoyuluş gücündəki payı 8 faizdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *