Wood Mackenzie: Külək enerjisinin qlobal qoyuluş gücü 1 teravatı keçəcək

image

2023-cü ilin sonunda külək enerjisinin qlobal qoyuluş gücü 1 teravatı (1000 qiqavat) keçəcək.

Renewables.az xəbər verir ki, bu barədə "Wood Mackenzie" enerji araşdırmaları və məsləhətçi şirkətinin dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, qarşıdakı on ildə Çində hər il ortalama 80 qiqavat külək enerjisi gücü quraşdırılacaq və qlobal miqyasda yeni gücün 50 %-ni təşkil edəcək. Avropa ölkələrində isə bu rəqəm 343 qiqavat olacağı proqnozlaşdırılır. Qarşıdakı on il ərzində proqnozlaşdırılan külək enerjisi gücünün 81 %-i Avropa ölkələri və Çinin hesabına reallaşacağı görülür.

Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, 2022-ci ildə dünyada külək enerjisinin qoyuluş gücü 899 qiqavat təşkil edib (quruda 836 qiqavat, dənizdə 63 qiqavat).


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *