“Wood Mackenzie” qlobal külək enerjisinin qoyuluş gücünün 2030-cu ilə qədər 9 faiz artacağını proqnozlaşdırır.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə şirkətin saytında dərc olunan hesabatda bildirilir.
Proqnoza görə, 2021-2030-cu illər arasında qlobal külək enerjisinin qoyuluş gücü 9 faiz və ya 69 QVt artacaq.
Şirkət, bu illər ərzində artımın 70 %-nin Çin tərəfindən olacağını qeyd edir.
“Wood Mackenzie” 2030-cu ilə qədər ən çox külək enerjisi gücü əlavə edəcək 20 ölkənin siyahısını açıqlayıb. Siyahıda Türkiyə 15-ci sırada yer alıb.
Rəylər (0):