Wood Mackenzie və SEIA: ABŞ-da günəş enerjisinin gücü 45 faiz artıb

image

ABŞ-da günəş enerjisinin məcmu gücü cari ilin ilk yarısında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45 faiz artıb.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə “Wood Mackenzie” məsləhətləşmə şirkəti və ABŞ Günəş Enerjisi Müəssisələri Assosiasiyasının (SEIA) hesabatında bildirilir.

Hesabata görə, ABŞ-da günəş enerjisinin gücü cari ilin ilk yarısında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45 faiz və ya 5,700 MVt artıb.

Bundan başqa, "Wood Mackenzie" qarşıdakı 5 il ərzində günəş enerjisinin məcmu güc təxminlərini 10 faiz artırıb.

Qeyd edək ki, son 10 il ərzində günəş enerjisi istifadəsinin maya dəyəri 80 faizdən çox azalıb. Eyni zamanda, külək enerjisi qurğularının fəaliyyəti quruda 40 faiz, dənizdə 30 faiz ucuzlaşıb. Bunun başlıca amilləri bərpaolunan enerji sahəsinə sərmayə axınının artması, habelə elektrik təchizatında bərpaolunan enerji payının artması istiqamətində rəsmi səviyyədə atılan addımlardır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *