"Xudafərin" və "Qız Qalası" SES-lərinin tikintisi yaxın illərdə tamamlanacaq

image

İri, sənaye həcmli yüksək hidroenerji potensialına malik "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi yaxın illərdə tamamlanacaq. İlkin plana əsasən, su elektrik stansiyaları 2 il ərzində istismara veriləcək.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev ARB 24-ə bildirib.

"Bu stansiyaların Azərbaycan tərəfi üçün gücü 140 MVt qiymətləndirilir. Bu da təqribi hesablamalara görə, illik 358 milyon kVt-saat elektrik enerjisinin istehsalı deməkdir. İlkin plana əsasən, 2 il ərzində su elektrik stansiyaların tikintisi nəzərdə tutulur. Bu stansiyaların istehsal etdiyi elektrik enerjisi ərazinin yaşıl enerji ilə təminatına öz töhvəsini verəcək", - deyə Agentliyin direktoru qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *