Yanvar ayında Azərbaycanda günəş enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt-saat, yaxud 7.9 faiz artması deməkdir.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın Günəş Elektrik Stansiyalarında  (GES) 3,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 1,2 mln. kVt-saat çoxdur.

Bu ilin yanvar ayında GES-lərdə elektrik enerjisinin istehsalı Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 3,04 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *