2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt-saat, yaxud 7.9 faiz artması deməkdir.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvar ayında Su Elektrik Stansiyalarında elektrik enerjisinin istehsalı 3,4 mln. kVt-saat artaraq 81,6 mln. kVt-saat olub.
Su Elektrik Stansiyalarında yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 77,3 mln. kVt-saat; Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 2,86 mln. kVt-saat təşkil edib.
Rəylər (0):