Sentyabrın 16-da Energetika Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyində olan Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) tərəfindən “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar keçiriləcək.
Bu barədə “Berpaolunanenerji.az”a nazirlikdən məlumat verilib.
Məlumata görə, vebinarda BOEMDA-nın direktoru Təbriz Əmmayev ölkəmizin bərpaolunan enerji potensialı və ondan istifadə imkanları, bərpaolunan enerji növləri və texnologiyaları, onların ətraf mühitə və ekologiyaya təsiri, bərpaolunan enerji stansiyalarının fəaliyyəti, günəş, külək və ya digər bərpaolunan enerji mənbələri üzrə həyata keçiriləcək pilot layihələr, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı konsepsiyanın hazırlanması istiqamətdə həyata keçirilən tədbirlər, bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi və tənzimlənməsi, qanunvericilik bazasının formalaşdırılması sahəsində aparılan islahatlar, bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri və beynəlxalq təcrübənin öyrənilməsi üzrə atılan addımlar haqqında ətraflı məlumat verəcək, iştirakçıların mövzu ilə bağlı suallarını cavablandıracaq.
Onlayn seminarda iştirak etmək istəyənlər həmin gün saat 20:00-da Agentliyin “Facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə tədbirə qatıla bilərlər: https://bit.ly/3tt4Lp2
Rəylər (0):