Yaxın gələcəkdə fərdi ev təsərrüfatlarında da günəş panelləri quraşdırılacaq

image

“Dünya miqyasında bərpaolunan enerji avadanlıqlarının qiymət tendensiyası ucuzlaşmağa doğru gedir”.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev İTV-yə bildirib.

"Bu baxımdan düşünürəm ki, bizdə də bu texnologiyalar geniş tətbiq olunacaq. Bununla bağlı müvafiq qaydalar hazırlanacaq. Vətəndaşlar artıq biləcəklər ki, hansı addımlar atmaqla öz evlərində günəş panelləri, kollektoru və ya bərpaolunan enerji avadanlıqları quraşdıraraq enerji istehsal etsinlər.

Kiçik istehlakı olan ailələrdən daha çox böyük istehlakı olan ailələrə bu daha çox sərf edər. Çünki bu zaman qənaətin həcmi daha çox olacaq", - deyə nazir müavini qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *