Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında 24,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Renewables.az-ın məlumatına görə, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
Qeyd edilib ki, görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 9,2 milyard kVt-saat olub, ümumi yığım səviyyəsi 98,7 faizə çatdırılıb.
Rəylər (0):