Yunanıstanın külək enerjisi üzrə qoyuluş gücü artıb

image

Bu ilin birinci yarısında Yunanıstanda ötən illə müqayisədə daha çox yeni külək turbinləri elektrik şəbəkəsinə qoşulub.

Renewables.az xarici mətbuata istinadla xəbər verir ki, ölkədə şəbəkəyə bağlı külək enerjisi gücü 5 min MVt-a yaxınlaşıb. 

Yunanıstan Külək Enerjisi Birliyinin statistikasına əsasən, bu ilin ilk altı ayında Yunanıstan ümumi gücü 252 MVt-dan çox olan 77 külək turbinini şəbəkəyə qoşub. Belə ki, bu ilin birinci yarısında ötən illə müqayisədə daha çox yeni külək turbinləri milli elektrik şəbəkəsinə qoşulub.

Buna görə də Yunanıstanda külək enerjisinin qoyuluş gücü keçən illə müqayisədə 5,4 % artıb. Şəbəkəyə qoşulmuş külək enerjisinin ümumi gücü 4 935,4 MVt-a çatıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *