Azərbaycan və İran "yaşıl enerji" sahəsində qarşılıqlı faydalı əməkdaşlıq edə bilər - Məsud Pezeşkian

AZƏRBAYCAN
REGİON

image

Azərbaycan və İran "yaşıl enerji" sahəsində qarşılıqlı faydalı əməkdaşlıq edə bilərlər.

Renewables.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

"Bizim "yaşıl enerji" istehsalı üçün uyğun olan Araz çayımız var. Orada bəndlər yaradılıb və bəziləri də hələ reallaşdırılır. Bu su bəndlərindən "yaşıl enerji" əldə etmək olar. Biz bu sahədə hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıqlara malik ola bilərik. Heç şübhəsiz ki, bu əməkdaşlıq günəş və külək enerjisi sahəsini də əhatə edə bilər. Bu da iki ölkə arasında müvafiq qurumların əməkdaşlığı çərçivəsində öz həllini tapa bilər", - M.Pezeşkian bildirib.

 



OXŞAR XƏBƏRLƏR