Bakıda Böyükşor gölü üzərində 30 MVt gücündə batareya enerji saxlanc sistemi (BESS) ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası (GES) qurulacaq.
Renewables.az xəbər verir ki, bununla bağlı aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində müqavilə imzalanıb.
Layihə “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi” çərçivəsində həyata keçiriləcək.