Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır

AZƏRBAYCAN
REGİON

image

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.

Renewables.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: “Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik”.

Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: “Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq”.



OXŞAR XƏBƏRLƏR