Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclası keçiriləcək

24 iyul 2023, 19:21 (UTC+4)
ÖLKƏ YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image

25 iyul tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçiriləcək.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.