"PowerChina Group" şirkəti ilə bərpa olunan enerji əməkdaşlığı müzakirə olunub

AZƏRBAYCAN

image

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb.

Renewables.az nazirliyə istinadən xəbər verir ki, görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.

Tərəflər "PowerChina Group" şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Xeberinfo.Az Xeberinfo.Az


OXŞAR XƏBƏRLƏR