“Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində tənzimləyici qurumlar arasında əməkdaşlıq müzakirə olunub

24 Oktyabr 2026, 15:32 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov 22 oktyabr tarixində Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində Rumıniya və Gürcüstanın enerji tənzimləyici qurumlarının rəsmiləri ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə EMTA məlumat yayıb.

Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) vitse-prezidenti Mirçea Man və Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) komissarı Qiorqi Pruidzenin iştirakı ilə keçirilən görüşdə enerji tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, tənzimləyici çərçivələrin təkmilləşdirilməsi və “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində tənzimləyici qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.