SOCAR və “ACWA Power” yaşıl hidrogen istehsalı üzrə əməkdaşlığı müzakirə edib

AZƏRBAYCAN
TƏMİZ HİDROGEN

image

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında yaşıl hidrogen istehsalı, dekarbonizasiya və dayanıqlı enerji həlləri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Renewables.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli arasında görüş keçirilib.

Görüşdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Birgə əməkdaşlıqla həyata keçiriləcək layihələrin ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Xeberinfo.Az Xeberinfo.Az


OXŞAR XƏBƏRLƏR