"Zabux" və "Qarıqışlaq” KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

AZƏRBAYCAN
HİDRO

image

"Zabux" və "Qarıqışlaq” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, faliyyətə başladığı dövrdən bu ilin 1 may tarixinədək “Zabux” KSES-də 11,6 milyon kilovat-saat, “Qarıqışlaq” KSES-də isə 9,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

2024-cü ilin 10 may tarixində Laçın rayonunda Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində yerləşən “Zabux” və “Qarıqışlaq” KSES-ləri istismara verilib.

“Zabux” KSES ümumi gücü 2,8 MVt olmaqla, hər biri 0,7 MVt gücündə olan 4 hidroaqreqatdan, “Qarıqışlaq” KSES isə ümumi gücü 4 MVt olmaqla 1 hidroaqreqatdan ibarətdir.

Qeyd edək ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Xeberinfo.Az Xeberinfo.Az


OXŞAR XƏBƏRLƏR