15 İyun Dünya Külək Günüdür

AZƏRBAYCAN
DÜNYA
KÜLƏK

image

15 İyun Dünya Külək Günüdür. Bu gün ilk dəfə 2007-ci ildə "Avropa Külək Enerjisi Assosiasiyası" ("WindEurope") və "Qlobal Külək Enerjisi Birliyi" ("Global Wind Energy Council") tərəfindən keçirilib.

Renewables.az xatırladır ki, bu gün, külək enerjisinin gücü, onun ətraf mühitə və iqtisadiyyata faydaları, dünyanı dəyişdirmək üçün imkanları haqqında insanları məlumatlandırmaq üçün keçirilir. 

Külək enerjisindən istifadə qədim Misirə gedib çıxır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, dünyada külək enerjisinin qoyuluş gücü 1,3 teravatı keçib. Külək enerjisinin qoyuluş gücünə görə, dünyada ilk beşlikdə Çin, ABŞ, Braziliya, Hindistan, Almaniya dayanır. 

Bu ilin yanvarında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə külək enerjisi istehsalında ciddi artım müşahidə olunur. Bu ilin ilin yanvar-aprel aylarında ölkəmizdə külək enerjisi istehsalı 327,5 milyon kVts təşkil edib ki, bu da 58 dəfə artım deməkdir.

Azərbaycan hökuməti eyni zamanda, xarici şirkətlərlə quruda və dənizdə külək enerjisi layihələrinin icrası ilə bağlı müqavilələr imzalayıb. 

Qeyd edək ki, Azərbaycanda quruda külək enerjisinin potensialı 3 giqavat, dənizdə külək enerjisinin texniki potensialı isə 157 giqavat təşkil edir.



OXŞAR XƏBƏRLƏR