AK-nin icraçı vitse-prezidenti: "Avropanın suverenliyi üçün bərpa olunan enerjiyə alternativ yoxdur"
DÜNYA
-
18.02.2023 16:21 (UTC+04:00)
Avropa İttifaqı (Aİ) yalnız bərpa olunan enerjinin köməyi ilə enerji müstəqilliyinə nail ola biləcək.
"Renewables.az" "Kommersant"a istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans deyib.
Onun sözlərinə görə, Aİ-də "çox az qaz, çox az kömür və neft qalıb".
"Biz bərpa olunan enerjiyə keçidimizi sürətləndiririk, çünki Avropada alternativimiz yoxdur. Enerji sektorunda əldə edə biləcəyimiz yeganə suverenlik bərpa olunan enerjinin artırılmasıdır", - F.Timmermans bildirib.