Avropa komissarı: “Aİ Rusiyadan tədarük etdiyi təbii qazı bərpa olunan enerji ilə əvəz edə bilər”
DÜNYA
-
18.01.2023 22:17 (UTC+04:00)
“Avropa İttifaqı (Aİ) Rusiyadan aldığı təbii qazın qalan həcmini bərpa olunan enerji ilə əvəz edə bilər”.
"Renewables.az" "Report"a istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
"Biz hələ də Rusiyadan bir qədər qaz alırıq, lakin onu bərpa olunan enerji ilə əvəz edə bilərik", - o deyib.