2024-cü ildə Azərbaycanda bərpa olunan enerji sektorunda çalışanların sayı 1 547 nəfər təşkil edib. Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin "Bərpa olunan enerji və məşğulluq" hesabatında bildirilir.
Məlumata görə, sektorda ən çox iş yeri hidroenerji sahəsində cəmləşib. Hazırda hidroelektrik stansiyalarında 617 nəfər çalışır. İkinci yerdə sənaye tullantılarının enerjiyə çevrilməsi sahəsi qərarlaşıb – bu istiqamətdə 615 nəfər məşğul olur.
Külək enerjisi sektorunda 267 nəfər, günəş fotovoltaik (PV) enerjisi sahəsində isə 36 nəfər birbaşa işlə təmin edilib. Bioqaz sahəsində çalışanların sayı isə 12 nəfər olaraq göstərilir.
Mütəxəssislər qeyd edirlər ki, ölkədə irimiqyaslı bərpa olunan enerji layihələrinin icrası ilə məşğulluq göstəricilərinin növbəti illərdə daha da artacağı gözlənilir.
Hesabatda qeyd olunan məlumat müəssisələr arasında aparılan sorğuların nəticələrinə əsaslanır.
