Azərbaycanda enerjisi saxlanc sistemləri üzrə standart layihəsinin yekun variantı təqdim edilib

18 sentyabr 2026, 17:45 (UTC+4)
ÖLKƏ ENERJİ SAXLAMA
EDITOR
image
Foto: Energetika Nazirliyi

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib.

Renewables.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Nazirliyin aparat rəhbərinin müavini – Texniki Komitənin sədri Xalidə Məsimova çıxış edərək energetika sahəsi üzrə yeni standartların hazırlanmasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə Texniki Komitə üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib.

İclasda Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin nümayəndələri tərəfindən elektrik enerjisi saxlanc sistemləri, hava tənzimləmə qurğuları, istilik dəyişdiriciləri, lampa idarəetmə aparatları, fasiləsiz enerji təchizatı sistemləri, ölçü transformatorları və digər istiqamətlər üzrə 22 standart layihəsinin yekun variantları təqdim edilib. Layihələrin beynəlxalq standartların norma və tələblərinə uyğun tərtib olunduğu qeyd olunub, standartların məzmunu, layihələrə edilmiş dəyişikliklər, qurumların rəy və təklifləri müzakirə edilib.

Sonda Texniki Komitə üzvlərinin rəyləri nəzərə alınmaqla standart layihələrinin qəbul olunması üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim edilməsi razılaşdırılıb.

Renewables.az