Bakıda Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Həftəsinin (Azerbaijan & Central Asia Green Energy Week 2025) ikinci günü keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Agentliyinin direktor müavini Rəna Hümbətova, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Enerji Səmərəliliyi və Bərpa Olunan Enerji Mənbələri Departamentinin rəhbər müavini Omar Sereteli, IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) Avropa və Cənubi Qafqaz üzrə infrastruktur üzrə investisiya meneceri Vyaçeslav Qordiyenko, eləcə də enerji şirkətlərinin digər nümayəndələri çıxış edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanda hidrogen energetikasının inkişaf perspektivləri, külək enerjisinin inkişafı: turbin istehsalçılarının innovativ həlləri, IFC-nin tərəfdaş olaraq oynadığı rol ( layihənin yaradılmasından tutmuş uzunmüddətli maliyyələşməyə qədər) kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Renewables.az tədbirin media tərəfdaşıdır.
