bp: Günəş və külək enerjisi dünyada ən böyük elektrik enerjisi istehsalçıları olacaq
HESABATLAR
-
06.02.2023 14:19 (UTC+04:00)
Enerji istehsalı baxımından günəş və külək enerjisi dünyada ən böyük elektrik enerjisi istehsalçıları olacaq.
Ən mühafizəkar ssenaridə (Yeni Momentum) 2050-ci ildə generasiyada günəş və külək enerjisinin ümumi payı 46 %, digər iki ssenaridə (Sürətləndirilmiş və Net Sıfır ssenariləri) 67 % və 68 % olacaq. Bu, təxminən Beynəlxalq Enerji Agentliyinin (IEA) yaxınlarda dərc edilmiş ssenarilərinə uyğundur.
Hesabata görə, bərpa olunan enerji üzrə quraşdırılmış güc bütün ssenarilərdə sürətlə artacaq və bu güc "Net Sıfır" ssenarisində 20 min giqavattı keçə bilər.