Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) bu ay dərc etdiyi yeni hesabatına görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü son on ildə ümumilikdə artım tendensiyası nümayiş etdirib.
Ümumi bərpa olunan enerji gücü
IRENA statistikasına görə, Azərbaycanda ümumi bərpa olunan enerji üzrə qoyuluş gücü 2016-cı ildə 1 184 MVt olduğu halda, 2025-ci ildə 1 826 MVt-a yüksəlib. Beləliklə, son 10 ildə ölkədə bərpa olunan enerji gücü 642 MVt artıb.
Ümumi bərpa olunan enerji gücü:
2016-cı il — 1 184 MVt;
2017-ci il — 1 194 MVt (+0,8 %);
2018-ci il — 1 277 MVt (+7,0 %);
2019-cu il — 1 289 MVt (+0,9 %);
2020-ci il — 1 296 MVt (+0,5 %);
2021-ci il — 1 316 MVt (+1,5 %);
2022-ci il — 1 325 MVt (+0,7 %);
2023-cü il — 1 688 MVt (+27,4 %);
2024-cü il — 1 792 MVt (+6,2 %);
2025-ci il — 1 826 MVt (+1,9 %).
Ən yüksək illik artım 2023-cü ildə qeydə alınıb — qoyuluş gücü bir ildə 27,4 % artaraq rekord səviyyəyə çatıb. 2016–2022-ci illərdə artım əsasən sabit və mərhələli olub.
Hidroenerji üstün mövqeyini qoruyur
Hidroenerji Azərbaycanın bərpa olunan enerji strukturunda əsas paya malik olaraq qalır.
Hidroenerji gücü:
2016-cı il — 1 105 MVt;
2017-ci il — 1 106 MVt (+0,1 %);
2018-ci il — 1 131 MVt (+2,3 %);
2019-cu il — 1 145 MVt (+1,2 %);
2020-ci il — 1 149 MVt (+0,3 %);
2021-ci il — 1 157 MVt (+0,7 %);
2022-ci il — 1 165 MVt (+0,7 %);
2023-cü il — 1 302 MVt (+11,8 %);
2024-cü il — 1 407 MVt (+8,0 %);
2025-ci il — 1 444 MVt (+2,6 %).
Son on ildə hidroenerji gücü 339 MVt artıb. Ən böyük sıçrayış yenə 2023-cü ildə baş verib — artım 11,8 % təşkil edib.
Günəş enerjisində rekord artım
Günəş enerjisi Azərbaycanda ən sürətli inkişaf edən sahə olub.
Günəş enerjisi gücü:
2016-ci il — 25 MVt;
2017-ci il — 28 MVt (+12 %);
2018-ci il — 35 MVt (+25 %);
2019-cu il — 33 MVt (-5,7 %);
2020-ci il — 35 MVt (+6 %);
2021-ci il — 48 MVt (+37 %);
2022-ci il — 51 MVt (+6 %);
2023-cü il — 282 MVt (+431 %);
2024-cü il — 281 MVt (-0,4 %);
2025-ci il — 281 MVt.
Ən diqqətçəkən artım 2023-cü ildə qeydə alınıb — günəş enerjisi gücü bir ildə 431 % artaraq ölkədə bərpa olunan enerji inkişafının əsas drayverinə çevrilib. Sonrakı illərdə isə güc sabitləşib.
Külək enerjisində dalğalanma müşahidə olunur
Külək enerjisi gücü:
2016 — 16 MVt;
2017 — 16 MVt;
2018 — 66 MVt (+312,5 %);
2019 — 66 MVt;
2020 — 66 MVt;
2021 — 66 MVt;
2022 — 64 MVt (-3,0 %);
2023 — 67 MVt (+4,7 %);
2024 — 67 MVt;
2025 — 64 MVt (-4,5 %);
Külək enerjisində ən böyük artım 2018-ci ildə qeydə alınıb — qoyuluş gücü 312,5 % artaraq 66 MVt-a yüksəlib. Sonrakı illərdə sektor daha çox sabit inkişaf mərhələsində olub.
Bioenerji üzrə göstəricilər
Bioenerji (bərpa olunan tullantı, tullantıların yandırılması) üzrə qoyuluş gücü əsasən sabit dinamika nümayiş etdirib.
Bioenerji gücü:
2016-cı il — 38 MVt;
2017-ci il — 43 MVt (+13,2 %);
2018-ci il — 45 MVt (+4,7 %);
2019-cu il — 45 MVt;
2020-ci il — 45 MVt;
2021-ci il — 45 MVt;
2022-ci il — 45 MVt;
2023-cü il — 38 MVt (-15,6 %);
2024-cü il — 38 MVt;
2025-ci il — 38 MVt.
Bioenerji sahəsində ən yüksək göstərici 2018–2022-ci illərdə qeydə alınıb və qoyuluş gücü 45 MVt səviyyəsində sabit qalıb. 2023-cü ildən etibarən isə bioenerji gücü 38 MVt-a enərək son üç ildə dəyişməz qalıb. Bioenerji sektorunda artım məhdud olub və digər bərpa olunan enerji mənbələri ilə müqayisədə daha stabil inkişaf müşahidə edilib.
Ümumilikdə, IRENA-nın məlumatları göstərir ki, son on ildə Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü davamlı artaraq xüsusilə 2023-cü ildən etibarən sürətlənib, hidroenerji əsas payını qorusa da, ən dinamik inkişaf günəş enerjisi sektorunda müşahidə olunub.
© Renewables.az
