- Günəş enerjisi – 5,2 milyon nəfər;
- Bioenerji – 3,5 milyon nəfər;
- Hidroenerji – 2,4 milyon nəfər;
- Külək enerjisi – 1,3 milyon nəfər;
- Geotermal enerji – 0,2 milyon nəfər;
- Digər – 0,1 milyon nəfər.
Dünyada bərpa olunan enerji sahəsində işləyənlərin sayı 12,7 milyon nəfərdir - IRENA
30 sentyabr 2022,
20:45 (UTC+4)
HESABATLAR
2021-ci ildə dünyada bərpa olunan enerji mənbələri sahəsində çalışanların sayı 12,7 milyon nəfər təşkil edib.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatında bildirilir.
Hesabata görə, bərpa olunan enerji sahəsində işləyənlərin 2/3-i (üçdə ikisi) Asiyada cəmləşib. Dünya üzrə işləyənlərin 42 %-i Çinin (5,37 milyon), 10 %-i Avropa İttifaqının, 10 %-i Braziliyanın, 7 %-i ABŞ-nin, 7 %-i isə Hindistanın payına düşür.
Bərpa olunan enerji mənbələri üzrə nəzər yetirsək, işləyənlərin sayı aşağıdakı kimidir: