Hesabata görə, elektrik sektorunda, həqiqi mənada “yaşıl toparlanma”nı təmin edə bilən ölkə olmayıb.“Ember”in qlobal direktoru Deyv Cons hesabatla bağlı açıqlamasında, pandemiyadan sonra toparlanmanın pis bir formada getdiyini açıqlayıb: “2021-ci ildə emissiyalar, dünya miqyasında həyəcan təbilinin çalınmasının vacibliyini işarə edir, qlobal istiləşmənin 1,5 dərəcədə saxlanması üçün böyük önəm daşıyır. Emissiyalar səhv istiqamətdə irəliləyir”. Şirkətin analitiki Muyi Yanq isə inkişaf etməkdə olan Asiya qitəsinin təmiz və bərpaolunan enerjiyə keçid edə biləcəyini bildirib: “Bölgə 2050-ci ilə qədər 100 faiz təmiz enerjidən istifadə hədəfinə istiqamətlənməlidir”.