Prezident: Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılması üzrə Qazaxıstan və Özbəkistanla iş aparır

8 oktyabr 2026, 11:48 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur.

Renewables.az Prezidentin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

"Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq", - Prezident İlham Əliyev bildirib.