Qazaxıstanda MDB-nin Elektroenergetiklər Şurasının 60-cı iclası keçirilib
DÜNYA
-
15.07.2022 00:01 (UTC+04:00)
Qazaxıstanın paytaxtı Nur-Sultanda Müstəqil Dövlətlər Birliyinin (MDB) Elektroenergetiklər Şurasının 60-cı iclası keçirilib.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Məlumata görə, tədbirdə MDB ölkələrinin energetika sahəsində əməkdaşlığının gedişi, həmçinin bərpa olunan enerji və onun səmərəliliyi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Rusiya, Ermənistan və Tacikistanın səlahiyyətli nümayəndələri iştirak edib.