Tullantıların yandırılmasından istehsal olunan elektrik enerjisi 8 faiz artıb

AZƏRBAYCAN BİO

15 may 2024 14:32 (UTC+4)
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, bu ilin yanvar-aprel aylarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 90,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 mln. kVt-saat və ya 8 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR