"Xızı-Abşeron" KES-in avadanlıqlarının daşınma marşrutu qlobal rekord müəyyənləşdirib

AZƏRBAYCAN
KÜLƏK

image

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının avadanlıqlarının daşınma marşrutu qlobal rekord müəyyənləşdirib.

Stansiyanın turbin təchizatçısı "Envision" şirkətinin məlumatına görə, Çindən Xəzər dənizinə, Azərbaycana qədər olan 9 200 km-lik daşınma marşrutu quruda külək enerjisi avadanlıqlarının daşınması üzrə qlobal rekord müəyyənləşdirib.

Avadanıqlar Azərbaycana iki marşrutla çatdırılıb. Birinci marşrut üzrə Çində qatarlara yüklənən külək turbini komponentləri "Orta Dəhliz" kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınıb. Quru yolu ilə Xəzər dənizinə gətirilən yüklər bərə gəmiləri ilə Bakı Gəmiqayırma Zavoduna çatdırılıb. 

Əsasən dəniz nəqliyyatından ibarət olan ikinci marşrut Çindən başlayıb çoxsaylı dəniz və boğazlardan keçərək Türkiyənin Qara dəniz sahilindəki Trabzon şəhərinə çatıb, Türkiyə və Gürcüstan əraziləri vasitəsilə Azərbayaca daxil olub. 

Qeyd edək ki, yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR