Xorvatiyada Azərbaycanın yaşıl enerji keçidi və Avropa ilə enerji əməkdaşlığı imkanları təqdim olunub

29 Oktyabr 2026, 20:08 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Anar İmanovun "X" hesabı

Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Zagreb Green Energy Fair 2026" çərçivəsində təşkil olunan konfransın panel müzakirələrində Azərbaycanın yaşıl enerji keçidi sahəsində nailiyyətləri və Avropa İttifaqı ilə enerji əməkdaşlığının perspektivləri təqdim olunub.

Renewables.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov "X" sosial şəbəkə hesabında yazıb.

Müzakirələr zamanı Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, ölkənin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfəsi, eləcə də Azərbaycan ilə Avropa İttifaqı, xüsusilə Xorvatiya arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri diqqətə çatdırılıb.

Panel müzakirələrində əsas diqqət Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinə yönəldilib. Layihənin regional enerji bağlantılarının gücləndirilməsi, yaşıl enerjinin ötürülməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından yaratdığı əhəmiyyətli imkanlar barədə iştirakçılara məlumat verilib.

Renewables.az
1 / 2