2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) “yaşıl” enerji ilə əlaqədar layihələrin kreditləşməsinə diqqət ayırmağı planlaşdırır.
Renewables.az-ın məlumatına görə, bu barədə SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev Fondun fəaliyyətinə dair keçirilən mətbuat konfransında bildirib.
"2024-cü ildə həmçinin yaşıl enerji sahəsində layihələrə diqqət ayıracağıq", - Fondun rəhbəri əlavə edib.
Qeyd edək ki, ötən ilin aprelində SİF və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi “yaşıl” və bərpa olunan enerji layihələrinin dəstəklənməsi istiqamətində müzakirə aparıb, bu sahədə əməkdaşlığa qərar verilib.
Rəylər (0):