Azərbaycanda yaşıl enerji istehsalı 80 faizdən çox artıb

image

2024-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən respublikada elektrik enerjisinin istehsalı 23 847,3 mln. kVt-saat olub.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə elektrik enerjisi istehsalı İES-lərdə 20 532,0 mln. kVt-saat, SES-lərdə 2 563,0 mln. kVt-saat, digər mənbələr üzrə isə 752,3 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 44,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 515,3 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. 

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt-saat artaraq 3 315,3 mln. kVt-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 066,0 mln. kVt-saat (İES-lərdə 18 676,4 mln. kVt-saat, SES-lərdə 2 389,6 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 411,0 mln. kVt-saat (İES-lərdə 199,8 mln. kVt-saat, SES-lərdə 157,3 mln. kVt-saat, Günəş ES-də 53,9 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,2 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 336,1 mln. kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 247,6 mln. kVt-saat, idxalı isə 150,8 mln. kVt-saat olub.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 060,9 mln. kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 12,02 mln. kVt-saat, idxalı isə 11,4 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *